Dünyanın ən böyük qızıl külçəsi tapıldı

14-09-2018, 09:57           
Dünyanın ən böyük qızıl külçəsi tapıldı
Qərbi Avstraliya ştatının "Beta Hunt" mədənində qazma işləri aparan Henri Doul dünyanın ən böyük qızıl külçəsini aşkarlayıb.

ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, 88,9 kiloqramlıq külçədə 63,5 kiloqram saf qızılın olduğu güman edilir.

Külçə ilkin olaraq 2 milyon dollar məbləğində qiymətləndirilib.

Qeyd edək ki, həmin külçəni tapan qazmaçı az sonra 59,69 kiloqram çəkidə daha bir qızıl külçəyə rast gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.