Xalasıqızını döyən kürəkənə 8 bıçaq vurdu — QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

14-09-2018, 13:22           
Xalasıqızını döyən kürəkənə 8 bıçaq vurdu — QANLI CİNAYƏTİN TƏFƏRRÜATI
Gəncə Ağır Cinayətlər Məhkəməsində yaxın qohumunu bıçaqlayan şəxsin məhkəməsi başlayır.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 126.2.4-cü madəsi ilə təqsirləndirilən Həsənov Atəş Arzu oğlunun məhkəmə prosesinə hakim Elmin Rüstəmov sədrlik edəcək.
Ağır cinayət hadisəsi bu ilin fevral ayında Gəncə şəhərinin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, 1993-cu il təvəllüdlü Rzayev Emin Habil oğlu həyat yoldaşının qohumu Həsənov Atəş Arzu oğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəblərinə gəlincə Emin Rzayev tez-tez həyat yoldaşını döydüyündən qadının xalasıoğlu kürəkəni cəzalandırmaq fikrinə düşüb və onu görüşə çağırıb. Ancaq görüşə gələn E.Rzayev əməllərinə haqq qazandırıb və xaloğlunu təhqir edib. Qarşı tərəfin təhqirlərinə dözə bilməyən A. Həsənov kürəkənə 8 bıçaq zərbəsi endirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.