Çiyələklərdən iynə çıxdı – Polis hərəkətə keçdi+Fotolar

17-09-2018, 10:37           
Çiyələklərdən iynə çıxdı – Polis hərəkətə keçdi+Fotolar
Avstraliyanın Kvinslənd şəhərində çiyələklərin içindən iynə çıxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ötən həftə bir nəfər marketdən aldığı çiyələkləri yedikdən sonra mədə ağrısı ilə xəstəxanaya müraciət edib. Məlum olub ki, çiyələklərin içərisinə iynələr qoyulub. Polis şübhəlilərin saxlanılması üçün 100 min Avstraliya dolları pul mükafatı təyin edib.

Qeyd edək ki, Kvislənddən sonra Viktoriya və Yeni Cənubi Qaller əyalətlərində də çiyələklərdən iynələr çıxmağa başlayıb. Onların fotoları sosial şəbəkələrdə yayılıb. Məlum hadisədən sonra məhsulların satışı, demək olar, tamamilə dayanıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru