Amerikada tropik qasırğa nəticəsində ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB

18-09-2018, 07:00           
Amerikada tropik qasırğa nəticəsində ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB
ABŞ-da artıq zəifləməkdə olan "Florens" qasırğası qurbanlarının sayı 31 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Associated Press" məlumat yayıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü bildirilirdi.
___________
ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında cərəyan edən "Florens" tropik qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN telekanalı məlumat yayıb.

Bundan əvvəl ölənlərin sayının 18 nəfər olduğu məlum idi.

Son məlumatlara görə, Şimali Karolinada 530 mindən çox, Cənubi Karolinada isə 60 mindən çox istehlakçı işıqsız qalıb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru