Nəsib Məhiməliyevə şok iddia: Ermənilərə benzin satıb? - Deputatlığa namizədi bitirəcək ittiham

15-10-2015, 21:12           
Nəsib Məhiməliyevə şok iddia: Ermənilərə benzin satıb? - Deputatlığa namizədi bitirəcək ittiham
1 noyabırda keçiriləcək parlament seçkilərində 109 saylı Balakən şəhər seçki dairəsindən millət vəkilliyinə namizəd olan Nəsimi rayonun sabiq icra başçısı Nəsib Məhiməliyev İH-nin başçısı kimi fəaliyyətinə diqqət yetirdikdə cənab Məhiməliyevlə bağlı elə də ürək açacaq bir nüansa rast gəlmək mümkün deyil. İH-nin başçısı kimi davamlı olaraq ölkə mediasında tənqid atəşinə tutulan Nəsib Məhiməliyevin adı icra başçısından daha çox milyonlarladollar ədəyə sahib əmlakı ilə gəlib. Bu günə kimi Nəsib Məhəməliyevin keçmişi ilə bağlı yüzlərlə məqalə, onlarla məlumat yayılsa da Məhiməliyev susmağa üstünlük verdi və haqqında yazılanlara bir kərə belə münasibət bildirmədi. Susmaq isə haqqında yazılanları qəbul etməyə bərabərdir.
Son yazıların birində Məhiməliyevin dəmir yol vağzalında işləyərkən neft çənlərindən oğurladığı neft və neft məhsullarını Gürcüstana ötürürdüyü ilə bağlı olub. "Cumhiriyyət.az”-ın 12.10.2015-ci ildə yayımladığı bu xəbərdə bunlar qeyd edilir:

” Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyev, bütün balakənlilərə məlum idi ki, o neft, spirt, un və başqa malların kantrabandası ilə məşğul idi. Gürcüstan respublikasının Laqodexi rayonu Balakənlə vur-tut təqribən 10-12 km məsafədə yerləşir. Cəbhə hakimiyyəti dövründə keçmiş icra başçısı olmuş Osman Qunduzovun köməyi ilə Yusif Məhəməliyev, şəxsi yanacaq doldurma məntəqəsi açır. Yusif Məhəməliyev daha da çox pul qazanmaq məqsədi ilə rayona limitdən artıq yanacaq gətizdirir və Laqodexidə yaşayan erməni mənşəlilərlə işgüzar fəaliyyətə başlayır. Nəsib və Yusif Məhəməliyev qardaşlarının neft kantrabandası daha da geniş vüsət alır. 1995-ci –ilin həmin dövrlər üzrə Balakən hərbi komissarlığının verdiyi məlumata görə, Balakən rayonu üzrə 111-nəfər Qarabağ döyüşlərində şəhid olmuşdur. Onların xeyli hissəsi rayon mərkəzindəki şəhidlər xiyabanında dəfn olunmuşdur”.

Bu yuxarıda yayılmış məlumatın özü belə Məhiməliyevin necə bir qara işlərin içərisində olduğunu, zamanında qara işlərdən əldə etdiyi maliyyə imkanlarından yararlanaraq necə pöhrələndiyini açıb gün üzünə çıxarır.

Məhiməliyev ermənilərə benzin satıb?

"Cumhuriyyət.az”-ın yaydığı xəbərdə daha sonra qeyd edilir:

"109-saylı Balakən seçki dairəsindən öz namizədliyini irəli sürən Nəsib Məhəməliyev, özünün və Balakəndə neft kantrabandası ilə məşğul olan qardaşı Yusif Məhəməliyevin, Qarabağ müharibəsi getdiyi zaman, cavan-cavan nişanlı oğullarımızın cənazələrini böyük izdihamla qəbul etdiyimiz bir vaxtlar, bu qardaşların Laqodexidəki ermənilərin vasitəsi ilə erməni texnikasını yanacaqla təmin etməsi və əvəzində şəhidlərin gəlməsi prosesi, heç kimin yadından çıxmayıb. İndi Nəsib Məhəməliyev, şəhid ailələrinin gözünə necə baxacaq? Onlardan hansı mənəvi haqla səs istəyəcəksiniz? O cavanlar ona görə şəhid olmuşdular ki, sizlər sabah hakimiyyətə gələrək, yığdığınız çirkli, haram pullarla balakənlilərin başına oyun açasınız? Bir məmurun, yaxud ziyalının öz xalqının qarşısında diz çökməsi, üzr istəməsi onun vicdanlı birisi olmasını göstərir. Buna isə cəsarət və qətiyyət lazımdır”.

Doğurdan da Məhiməliyev hansı üzlə və hansı cəsarətlə insanların qarşısına çıxacaq, yaxutda Balakən əhalisi Nəsib Məhiməliyevin yuxarıda əslənən iyrənc biznes fəaliyyətini bildikləri halda ona səs verəcəklərmi?

Bütün bunları 1 noyabırda keçiriləcək seçkilərdə görəcəyik. Əgər Rəbiyyət Aslanova oğlu Elnur Aslanov Fətullah gülən şəbəkəsinə xidmət etməkdə ittiham edildiyindən mandata həsrət buraxılırsa, o zaman Balakən əhalisinə keçmişi qaranlıqlarla dolu biri vəkil kimi dürtülməməliydi. Ən azından elə biri seçilməliydi ki, o insanın keçmişi təmiz olsun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.