Ağstafada məmurlara yarpaq yolduran icra başçısı - Nizaməddin Quliyevin yeni cadı

3-06-2019, 17:12           
Ağstafada məmurlara yarpaq yolduran icra başçısı - Nizaməddin Quliyevin yeni cadı

"Ağstafada məmurlar tut ağaclarını budaq-budaq gəzir. Yazıqlar bu istidə ağac başında qalıblar". Bu sözləri DİA.AZ-a deyən rayondakı məmurlardan birinin sözlərinə görə, rayonun barama planının doldurulması məqsədilə icra başçısı təkcə kəndliləri yox, idarə və müəssisə işçilərini, rayon icra nümayəndələrini belə barama üçün yarpaq toplanılmasına cəlb edib.

Mənbənin dia.az-a söylədikləri: "Başçımız təzədir, bəlkə dəişin qaydasını bilmir, kimləri bu işə cəlb etmək lazımdır...bundan xəbərsizdir. Amma bilməlidir ki, əgər bir icra nümayəndəsi kostyum-qalstikla yarpaq toplayırsa, bundan effektiv nəticə ala bilməz. Həm də icra nümayəndəsinin vəzifə öhdəlikləri də icra olunmamış qalar".

İddia olunanlarla bağlı Ağstafa RİH-dən məlumat öyrənmək istəsək də, kimsə danışmaq istəmədi. İcra başçısının isə "ərazidə" olduğu deyildi...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru