Silvestr Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə günahlandırılır

4-08-2019, 10:02           
Silvestr Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə günahlandırılır
Amerikalı aktyor Silvestr Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə günahlandırılır.

“Report” un məlumatına görə, bu barədə “Radar Onlayn” nəşri məlumat yayıb. Qeyd olunub ki, 73 yaşlı ulduzun ögey atası Stiven Levin Dövlət Tibbi Sığorta fondundan pul oğurlamaqda şübhəli bilinir.

Belə ki, Stiven Levin xəstələrin ev qayğısına ehtiyacı olduğunu göstərən müvafiq sənədlərə imza ataraq fondun vəsaitini mənimsəyib. Aparılan araşdırma nəticəsində məlum olub ki, əslində bu cür qayğıya ehtiyac yox imiş.

Xəstələr alınan pulların yarısını özlərinə götürüb, qalan hissəni isə Levinə veriblər. Stallonenin ögey atası 6 il azadlıqdan və həkim lisenziyasından məhrum ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru