“Dedilər, pilot kabinanın içərisindədir”

10-08-2019, 17:21           
“Dedilər, pilot kabinanın içərisindədir”
"Hazırda MİQ-29 hərbi təyyarəsinin çıxarılma əməliyyatı gedir”.
Teref.az xəbər verir ki, bu məlumatı Yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət katibi Qabil Hüseynli verib.

Q. Hüseynli bildirib ki, pilotdan heç bir xəbər yoxdur: "Pilotla bağlı heç nə deyə bilmirlər. Çünki təyyarə parça-parça olub. Kabinə hissəsinə yaxınlaşa bilmirlər. Buna səbəb isə dənizin dibində dalğanın olmasıdır. Mənə bildirdilər ki, görünmə dərəcəsi çox aşağıdır. Hələ ki, pilot haqqında bir məlumat yoxdur. Axtarışda iştirak edənlərdən bir nəfər mənə dedi ki, 99.9% pilot kabinanın içərisindədir”.

Təyyarənin parçalanmasının səbəbinə gəldikdə isə, Qabil Hüseynli belə deyib: "Dedilər ki, təyyarə suya düşəndə elə bil betonla çarpışır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru