Pakistan Hindistanla sərhəddə hərbçilərin sayını artıra bilər

14-08-2019, 08:44           
Pakistan Hindistanla sərhəddə hərbçilərin sayını artıra bilər
Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra Pakistan Əfqanıstanla sərhəddə olan qoşunlarını şərq sərhədlərinə köçürə bilər.

“Report” RİA “Novosti”yı istinadən xəbər verir ki, bu cür ehtimalı “The New York Times” nəşrinin redaktoru ilə söhbətində Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan dilə gətirib.

“Şərq sərhədində vəziyyət kəskinləşərsə, biz hərbçilərin köçürüməsini aparmalı olacağıq. Hal-hazırda isə yalnız şərq sərhədlərimizdə baş verənlərdən narahatıq” deyə, səfir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru