Zaqatalada 39 yaşlı rəisin intiharının təfərrüatı - Ailəsinə deyib ki...

15-08-2019, 11:20           
Zaqatalada 39 yaşlı rəisin intiharının təfərrüatı - Ailəsinə deyib ki...
Zaqatalada Məşğulluq Mərkəzinin rəisinin intiharının bəzi təfərrüatı məlum olub.

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 39 yaşlı Musa Feyzullayev özünü ata evində asıb:

“Musa müəllimin gözəl ailəsi, uşaqları var. Güzəranı da pis deyil. Nə borcu olub, nə də krediti. Ailəsi ilə birlikdə Zaqatalada yaşayır. Həmin günü evdən çıxarkən ailəsinə deyib ki, "işim var, atamgilə gedirəm". Musa müəllim Qax rayonunda ata evində özünü asıb".

Qeyd edək ki, Qaxda 39 yaşlı kişi özünü ata yurdunda asaraq intihar edib. Hadisə bu gün səhər saat 6 radələrində Qax şəhəri, C.Cabbarlı kiçəsi, döngə 4, ev 14 ünvanında baş verib. 1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayevin meyiti yuxarıda adı qeyd edilən ünvanda altıaçıqdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru