"Hələ iş qabiliyyətimi itirməmişəm, işləmək istəyirəm" — Sürücünün söydüyü yol polisindən AÇIQLAMA

24-09-2019, 12:41           
"Hələ iş qabiliyyətimi itirməmişəm, işləmək istəyirəm" — Sürücünün söydüyü yol polisindən AÇIQLAMA
Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunması barədə danışıb.

Mehdi Səlimov Demokrat.az-a açıqlamasında hazırda iş başında olduğunu bildirib.

"Mən hələ işimin başındayam, çıxmamışam. Ancaq təqaüdə çıxmağım barədə raport yazmışam, yəqin ki, yaxın vaxtlarda pensiyaya göndəriləcəm".

Mehdi Səlimov hələ iş qabiliyyətinin olduğunu da söyləyib:

"Hələ iş qabiliyyətimi itirməmişəm, yol polisində qalıb işləmək istərdim. Ancaq şərait elə gətirdi ki, artıq bu vəzifədən getməliyəm. Rəhbərlik belə qərar qəbul edib. Mənə polis sistemində başqa vəzifə də təklif edildi. Məni polis orqanından xaric etməyiblər. Ancaq mən özüm qərar verdim ki, pensiyaya gedim".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru