Yunanıstanda uşaq ticarəti ilə məğşul olan dəstə zərərsizləşdirilib

26-09-2019, 03:13           
Yunanıstanda uşaq ticarəti ilə məğşul olan dəstə zərərsizləşdirilib
Yunanıstan polisi keçirdiyi iri miqyaslı əməliyyat nəticəsində uşaqların qanunsuz yolla övladlığa götürülməsi, surroqat anaların yığılması, toxum hüceyrələrinin ticarəti ilə məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.

"Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə Salonikin Təhlükəsizlik İdarəsinin rəhbəri, polis general-mayoru Antonios Tzitzis bildirib.

Salonikin müxtəlif rayonlarında keçirilmiş əməliyyatda təxminən 80 polis əməkdaşı iştirak edib.

"Biz 12 nəfəri həbs etdik. Ümumilikdə cinayətdə əli olan 66 nəfər barəsində cinayət işi qaldırılıb. Bu, polis tərəfindən aşkarlanmış uşaqların qanunsuz övladlığa götürülməsi və toxum hüceyrələrinin ticarəti ilə məşğul olan ən böyük mütəşəkkil qruplaşmalardan biridir. Xüsusi halda, uşaqların qanunsuz yolla 22 övladlığa götürülməsi hadisəsi qeydə alınıb", - deyə Tzitzis mətbuat konfransında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru