Liviyada Haftarın tərəfdarlarının hücumu nəticəsində üç min insan həlak olub

26-09-2019, 07:18           
Liviyada Haftarın tərəfdarlarının hücumu nəticəsində üç min insan həlak olub
Liviyanın BMT tərəfindən tanınmış baş naziri, Milli razılıq hökumətinin başçısı Fayez Sərrac bildirib ki, Xəlifə Haftarın silahlı qüvvələrinin hücumu nəticəsində Tripolidə minlərlə insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Təcavüz bu günə kimi 3 minə qədər insanın həlak olmasına qədər gətirib çıxarıb, yüz minlərlə insan qaçqın oldu", - deyə Sərrac BMT Baş Assambleyasının tribunasındakı çıxışında bildirib.

O, Haftarın silahlılarını dinc sakinləri bombardman etməkdə, həmçinin hava limanlarına, xəstəxanalara, təcili yardım maşınlarına hücumlarda, həmçinin uşaqları döyüş əməliyyatlarına cəlb etməkdə ittiham edib.

"Biz Beynəlxalq Cinayət Məhkəməsindən təqsirkarları məsuliyyətə cəlb etməyi xahiş edirik. Bu kontekstdə BMT-dən qısa zamanda qanun pozuntuları faktlarının müəyyənləşdirilməsi üçün missiya göndərməyi xahiş edirik. Biz həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin prokurorundan araşdırmaya başlamağı xahiş edirik", - Sərrac əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru