Bir qrup vyetnamlını aldatdı, Almaniya əvəzinə Azərbaycana göndərdi...

19-11-2019, 16:49           
Bir qrup vyetnamlını aldatdı, Almaniya əvəzinə Azərbaycana göndərdi...
Vyetnamda insan alverində şübhəli bilinən şəxs həbs edilib.

Virtualaz.org xəbər verir ki, həmin şəxs Almaniyaya mühacir kimi getmək istəyən bir qrup vyetnamlını aldadıb, onları Almaniya əvəzinə Azərbaycana göndərib.

Alman DPA agentliyinin məlumatına görə həbs edilən şəxs Ha Tin əyalətindəndir. 55 yaşlı insan alverçisini bir neçə il həbs cəzası gözləyir. Polisin yaydığı məlumatda deyilir ki, o, həmin əyalətin sakini olan bir qrup vyetnamlının Almaniyaya qanunsuz miqrasiyasını təşkil etmək vədi verib və onların hərəsindən 1000 avroya ekvivalent pul alıb. Lakin vyetnamlı miqrantların səyahəti Azərbaycanda bitib.

Məlumatda bildirilir ki, həmin şəxs əvvəllər Almaniyada yaşayıb. Alman mətbuatı xatırladır ki, oktyabrın 23-də Londondan şərqdə refrijator tipli yük avtomobilinin kuzovunda soyuqdan donub ölmüş 39 vyetnamlının bir neçə nəfəri də həmin Ha-Tin əyalətinin sakinləri olub. Onların meyitləri hələ Vyetnama göndərilməyib, çünki xərcləri kimin ödəyəcəyi barədə mübahisələr gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru