Fövqəladə Hallar Nazirliyinə 716,5 min avro cərimə kəsildi – İki dövlət qurumu arasında çəkişmə böyüyür

21-11-2019, 00:00           
Fövqəladə Hallar Nazirliyinə 716,5 min avro cərimə kəsildi – İki dövlət qurumu arasında çəkişmə böyüyür
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.
Teref.az Banker.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi, protokola əsasən, nazirliyi 716 500 avro cərimələyib.
FHN İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər və ya dövlət qurumları inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru