Evo Morales ölkəyə qayıtmaq üçün beynəlxalq vasitəçilərdən kömək istəyib

21-11-2019, 04:28           
Evo Morales ölkəyə qayıtmaq üçün beynəlxalq vasitəçilərdən kömək istəyib
Boliviyanın keçmiş prezidenti Evo Morales siyasi sığınacaq aldığı Meksikadan Boliviyaya qayıtması üçün beynəlxalq vasitəçilərdən kömək istəyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə Mexikoda mətbuat konfransı zamanı bildirib.

“Mən beynəlxalq vasitəçilərdən ölkəyə qayıtmaq üçün kömək istəyirəm, biz dialoq aparmağa hazırıq”, - deyə Morales qeyd edib.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində prezident Evo Morales ilk turda qalib gəlib, lakin onun əsas rəqibi Karlos Mesa səslərin nəticələrini tanımayıb. Boliviya silahlı qüvvələri Moralesi ölkədəki sabitliyi təmin etmək üçün istefaya çağırıb, bundan sonra o, noyabrın 10-da istefa etdiyini açıqlayıb. Onun ardınca Senatın spikeri və birinci vitse-spikeri də vəzifəsini tərk edib. Prezident vəzifələrinin icrası müvəqqəti olaraq müxalifətin nümayəndəsi, Senatın ikinci vitse-spikeri Janin Anyesə həvalə edilib. Moralesin tərəfdarları səlahiyyətin Anyesə verilməsinə qarşı çıxıb və onun istefasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru