“WhatsApp” istifadəçilərinin nəzərinə! - Sabahdan bunu etmək qadağan olunur
6-12-2019, 12:00
“WhatsApp” istifadəçilər üçün yeni bir dəyişiklik edir. “Yeni Sabah” xəbər verir ki, “WhatsApp” vasitəsilə toplu mesaj göndərmək qadağan edilir. Xüsusilə də, reklam şirkətlərinin belə mesajlardan sui-istifadə etməsi səbəbilə 7 dekabrdan etibarən bu funksiya ləğv ediləcək.
Şirkət bildirib ki,avtomatik və ya toplu mesajlaşmalarda xidmət şərtlərini pozan və ya istismar edənlərə qarşı qanuni tədbirlər də görüləcək. Belə ki, sözü gedən proses 7 dekabrdan sonra da davam edərsə və ya həmin tarixdən əvvəl başqa bir platformada da sui-istifadə halları sübuta yetirilərsə, “WhatsApp” həmin şirkətlərə qarşı qanuni tədbirlər görəcək.