ABŞ və Braziliya BMT-də səsvermə hüququnu itirə bilər – Borc qalmaqalı

6-12-2019, 12:08           
ABŞ və Braziliya BMT-də səsvermə hüququnu itirə bilər – Borc qalmaqalı
Braziliya bu ilin sonuna qədər BMT-yə üzvülük borcunu ödəməyəcəyi təqdirdə bu platformada səsvermə hüququnu itirmək riski ilə üzləşəcək.

Teleqraf.com xəbər verir ki, 193 dövlətin təmsil olunduğu və son 10 ildə ciddi büdcə böhranı keçirən BMT-yə üzvü dövlətlərdən 54-ü üzvlük haqqını ödəməyib.

Braziliyanın isə BMT-yə 415 milyon dollardan çox borcu var.

BMT-nin nizamnaməsinin 19-cu maddəsinə görə, bir ölkənin borcu son 2 ildə ödədiyi üzvülük haqqından çox olduğu halda həmin dövlət BMT Baş Məclisində səsvermə hüququnu itirir.

Braziliya BMT-də səsvermə hüququnu itirməməsi üçün ilin sonuna qədər 126 milyon dollar ödəməlidir.

Qeyd edək ki, ABŞ-ın BMT-yə 491 milyon dollar borcu var. BMT-nin 5,4 milyardlıq büdcəsinin 22 faizini ödəyən ABŞ bir müddət əvvəl quruma 2018-ci ildən qalan borcları ilə burlikdə 563 milyon dollar ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru