Bərzanidən Bağdada mesaj: Cəzalandırılsın...

8-12-2019, 09:18           
Bərzanidən Bağdada mesaj: Cəzalandırılsın...
Bağdadda nümayişçilərə yönəlik hücumları təşkil edənlər cəzalandırılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Regional Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani deyib.

"Etirazçılara qarşı şiddətli hücuma əl atanlara heç bir bəraət qazandırmaq mümkün deyil. Hücumu edən kim olursa olsun, saxlanılmalı və cəzalandırılmalıdır", - Bərzani vurğulayıb.

Qeyd edək ki, ötən gecə İraqın paytaxtı Bağdadda naməlum şəxslər tərəfindən nümayişçilərə atəş açılmışdı. İraq Prezidenti isə hadisənin silahlı şəbəkə tərəfindən törədilmiş ola biləcəyini söyləmişdi.

Son məlumata görə, olay nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru