İraq parlamentində siyasi fraksiyalar konsensusa gələ bilmir

12-12-2019, 07:37           
İraq parlamentində siyasi fraksiyalar konsensusa gələ bilmir
İraqın Nümayəndələr Şurası (Parlament) çərşənbə günü yeni seçki qanununun qəbulunu qeyri-müəyyən müddətə təxirə salıb.

APA “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki,

Deputatlar tərəfindən təsdiqlənməyən qanun layihəsi İraqda erkən parlament seçkilərinin keçirilməsini özündə əks etdirir.

“Fəth” siyasi alyansının nümayəndələri açıqlayıb ki, qanunvericilik komitəsi qanun layihəsini tam təqdim etməyib və nəticədə səsvermə baş tutmayıb.

Bundan əlavə, “Bağdad əl-Yum” nəşrinin yazdığına görə, parlamentdəki siyasi fraksiyalar əyalət seçki dairələri qanununun müəyyən maddələri ilə konsensusa gələ bilmirlər.

Şiə lideri millət vəkili Sabah al-Saadinin sözlərinə görə, “Sairun” blokunun üzvü Müktədə əs-Sədr, millət vəkilləri iclasda qanun layihəsinin təsdiqlənməsi bir neçə saat davam etsə də müsbət nəticə əldə edilməyib. O, qeyd edib ki, siyasi qüvvələr İraq xalqının tələblərinə məhəl qoymur.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı Bağdadın mərkəzində Təhrir Meydanında minlərlə vətəndaşın iştirakı ilə hökumət əleyhinə mitinqi davam edib. Onlar parlamentin buraxılmasını və yeni hökumətin yaradılması üçün erkən seçkilərin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, bu ilin oktyabr ayının əvvəlindən İraqda yaşayış şəraitinin pisləşməsi, gənclərin işsizliyi və korrupsiyaya qarşı etirazlar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru