YAP-da kadr dəyişikliyi olub, üç nəfər yeni vəzifəyə seçilib

18-12-2019, 09:47           
YAP-da kadr dəyişikliyi olub, üç nəfər yeni vəzifəyə seçilib
Yeni Azərbaycan Partiyası İcra Katibliyi ilk təşkilatının iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ilk təşkilatın ötən müddət üzrə hesabatını səsləndirib.

YAP İcra katibinin müavini ilk təşkilatlarının fəaliyyətinin daha da gücləndiriləcəyini, çevikliyinin artırılacağını bildirib. S.Novruzov həmçinin, partiyanın qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

Sonda təşkilati məsələlərə baxılıb, 15 nəfərdən ibarət YAP İcra Katibliyi ərazi ilk partiya təşkilatının İdarə Heyətinə üzv, Ramilə Bədəlova ərazi partiya təşkilatına sədr, YAP İcra Katibliyi İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev müavin seçiliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru