Rus maşınları 1,5 dəfə bahalaşdı 19-12-2019, 01:09 Rusiya istehsalı olan yeni minik avtomobilləri son 5 il ərzində orta hesabla 1,5 dəfə (50%) bahalaşıb.Axar.az xəbər verir ki, bu barədə “Avtostat” məlumat yayıb. Bahalaşmanın əsasən rublun devalvasiyası ilə əlaqədar olduğu bildirilib.“Avtostat”ın direktoru bahalaşmaya devalvasiya ilə yanaşı ƏDV-nin artmasının, həmçinin modellərin yenilənməsinin təsir etdiyini bildirib.Onun sözlərinə görə, 2020-ci ildə daha 5-7 faiz bahalaşma gözlənilir. Facebook-da paylaş