Qüdrət Həsənquliyev bu dəfə namizədliyini Naxçıvandan irəli sürmədi…

24-12-2019, 19:13           
Qüdrət Həsənquliyev bu dəfə namizədliyini Naxçıvandan irəli sürmədi…
Fəttah Heydərov isə Naxçıvandan namizəd olacaq

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.

“AzPolitika.info”-nun məlumatına görə, Q.Həsənquliyev Bakıdan – 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. Partiya sədri saytımıza bu məlumatı təsdiq edib.

Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. O, bir neçə seçki məhz bu dairədən mandat alıb. S.Seyidovun Q.Həsənquliyevə rəqib olub-olmayacağı çox böyük ehtimalla sabah məlum olacaq. Hakim partiyanın öz namizədlər siyahısını məhz sabah açıqlayacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru