Rusiya Çin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti məhdudiyyət tətbiq edib

20-02-2020, 07:43           
Rusiya Çin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti məhdudiyyət tətbiq edib
Koronavirusun yayılması ilə əlaqədar şəxsi, təhsil, turizm və işləmək məqsədi ilə Çin vətəndaşlarının Rusiyaya girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.

APA TASS-a istinadən xəbər verir ki, məhdudiyyə bu gündən - fevralın 20-dən qüvvəyə minir.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikovanın bildirdiyinə görə, Çindən Rusiyaya daxil olanların sayının artması və sonradan onların karantinə qəbul olunması hazırda mövsümi qrip epidemiyası ilə müvafiq tədbirlər həyata keçirən tibb işçilərinin yükünü artırır. Bu səbəbdən məhdudlaşdırma qərarı verilib.

Qeyd edək ki, Rusiyanın bölgələrindən Çin şəhərlərinə müntəzəm təyyarə reyslər fevralın 1-dən etibarən bağlanıb. “Aeroflot” bu həftə Çinə uçuşlara tələbatın azalması səbəbindən bu ölkəyə uçuş qrafikini azaldacağını bildirib.

Martın 1-dək ölkələr arasında dəmiryol sərnişin daşınmasının bağlanacağı bildirilir, yükdaşımalar isə hələ ki qrafik üzrə həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru