Hikmət Qafarov maşınla uşaq vurub öldürən insepektorunu necə işdə saxlayıb?

18-12-2015, 22:24           
Hikmət Qafarov maşınla uşaq vurub öldürən insepektorunu necə işdə saxlayıb?
Və ya Göytəpə Postunun rəisi maşınla uşaq vurub öldürən insepektorunu necə işdə saxlayıb?

Ötən günlərdə Göytəpə Dövlət Yol Polisi Postunun rəisi Hikmət Qafarovun «kadrları» ilə bağlı məlumat vermişdik. Həmin məlumatlarda vurğulanırdı ki, postun rəisi başına yığdığı işçilərini kateqoriyalara bölüb. Bu bölünmə isə onların günlük nə qədər gəlir gətirmələrinə bağlıdır.

TEREF.İNFO jam.az-a istinadənxəbər verir ki, yük maşınlarından tutmuş, adi avtomobillərə qədər hamısına ciddi şəkildə nəzarət edən Hikmət Qafarovun «fenomen» inspektorları var. Belə ki, Göytəpə postunda çalışan Mahiyyəddin adlı inspektor haqqında faktiki olaraq Lənkəran prokurorluğu araşdırma aparır. Araşdırma aparılmasına səbəb isə keçən ilin yayında Mahiyyəddinin şəxsi avtomobili ilə qəza törətməsi və hadisə nəticəsində azyaşlı uşağı vuraraq, öldürməsi göstərilir.

Məlumatda deyilir ki, bu hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, sözügedən inspektor hələ də vəzifəsinin başındadır. Buna səbəb kimi isə Göytəpə Postunun rəisi Hikmət Qafarovu nonu himayə etməsi göstərilir. İddia olunur ki, Mahiyyəddin adlı inspektor mütəmadi olaraq gəlir gətirən əməkdaşlardan hesab olunduğu üçün işdə qalması «zəruri» bilinib.

Redaksiyamıza daxil olan bilgilərdə vurğulanır ki, Mahiyyəddin həmçinin bir müddət əvvəl başqa bir qəza törədib. Belə ki, o, Göytəpə Postuna məxsus «Hyundai Tukson» markalı avtomobillər hərəkət edərkən, qəza törədərək maşina ciddi zərər vurub. Sual olunur ki, sözügedən inspektor normal şəkildə avtomobili idarə edə bilmədiyi halda, post rəisi onu niyə işdən saxlayır? Aydın məsələdir ki, ortada maddi maraqlar var.

Hikmət Qafarovun bir başqa «fenomen» kadrı isə İlham Ağayevdir. Göytəpə Postunda inspektor olaraq çalışan Ağayev də post rəisinin «kassir»lərindən sayılır. Sözügedən DYP əməkdaşı ilkdə üç dəfə töhmət alan işçilərdəndir. Halbuki polis orqanlarında ildə bir neçə dəfədən artıq töhmət alan əməkdaşlar ya vəzifəsindən uzaqlaşdırılır, ya da sərəncama götürülür. Amma hikmətdirsə Hikmət Qafarov Viləş Su Anbarının direktoru Ağabəy Ağayevin oğlunu görəvinin başında saxlayır.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.