Kinoindustriya koronavirusa görə beş milyard dollar itirə bilər

4-03-2020, 07:54           
Kinoindustriya koronavirusa görə beş milyard dollar itirə bilər
Dünya kino industriyası koronavirusun yayılması ilə əlaqədar nümayişlərin ləğv edilməsi səbəbindən beş milyard dollara qədər gəlir itirə bilər.

Trend-in məlumatına görə, Çində bütün kinoteatrlar bağlanıb, Cənubi Koreyada və İtaliyada kassa yığımları, Yaponiyada isə virus səbəbindən kinoteatrlara gələnlərin sayı azalıb.

Bu il yanvarın 24-dən fevralın 23-dək, ənənəvi olaraq, Çində yeni il qeyd edilən müddətdə biletlərin satışından əldə edilən gəlir 4,2 milyon dollar təşkil edib, halbuki ötən ilin eyni dövrü ərzində kinozallar 1,76 milyard dollar qazanıb.

Cənubi Koreyada ötən istirahət günlərində biletlərin satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 80% azalıb.

Analitiklər hesab edirlər ki, bütövlükdə sahənin itkiləri ən azı beş milyard dollar təşkil edəcək. Digər dünya bazarlarında da kassa yığımları azalmağa başlayarsa, bu rəqəm xeyli arta bilər.

Ekspertlərin proqnozlarına görə, hələ bir neçə ay vəziyyət dəyişməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru