"Bakcell"-in fırıldaq aksiyası vətəndaşlara necə ziyan vurdu - ŞİKAYƏT
20-12-2015, 19:52
TEREF,İNFOnun poçtuna "Baksell"-in yeni bir fiaskosu ilə bağlı məktub daxil olub.Əslində buna fiasko belə demək olmaz. Çünki "Bakcell"-in bizim yumşaq surətdə fiasko adlandırdığımız bu hadisə o qədər insanlara maddi və mənəvi ziyan vurub, ona görədə buna fırıldaq desək daha düzgün olar. Əsas isə "Bakcell" bu hərəkəti ilə xalqı bir heç saymasını nümayiş etdirib. İndi şikayətçiyə qulaq asaq. Şikayətçi Lalə xanım yazır:
" Hörmətli redaksiya əmimoğlu mənə "28 MOLL" ticarət mərkəzinin kino zalında dekabrın 18-də həyata keçirdilən məşhur "Ulduz müharibələri"-nin premyerasına 4 dəvətnamə hədiyyə etmişdi. İki azyaşlı oğlum var. Onlar bunu eşidəndə çox sevindilər. Bir dəvətnamə artıq olduğu üçün oğlum öz dostunu dəvət etdi. Biz dəvətnamələri götürərək sevincək "28 MOLL" ticarət mərkəzinin kino zalına getdik. Lakin sevincimiz ancaq ora çatana qədər oldu. Qapıda bizi qarşılayan kino zalının qapıçısı dəvətnaməyə baxaraq bunun nə olduğunu soruşdu. Mən ona dəvətnaməni oxumağa məsləhət gördüm. Lakin o bizi buraxmayacağını dedi. Çünki heç bir "Bakcell"-in aksiyasından xəbəri olmadığını və müdüriyyətin ona heç nə demədiyini səbəb kimi göstərdi. Bu zaman bir cavan oğlan bizə yaxınlaşdı və özünü admnistrator kimi təqdim etdi. Dəvətnamə ilə tanış olandan sonra bizi içəri buraxmaq haqqında göstəriş verdi. Lakin filmi başlayandan 10 dəqiqə sonra bir nəfər mənə yaxınlaşıb admnistratora yaxınlaşmalı olduğumu dedi. Mən həmin adamla admnistratorun yanına getdim. Admnistrator mənə dəvətnamələrin etibarsız olduğunu,"Bakçell"-in onlara heç bir ödəniş etmədiklərini dedi. O, bizə əgər filmə baxmaq istəyiriksə biri 8 manatdan bilet almalı olmalı olduğumuzu dedi. Mən məcbur olub 32 manat verib bilet almalı oldum Axı iki azyaşlı uşağım və bir oğlumun azyaşlı dostunu necə zaldan çıxarda bilərdim? "
Sonra şikayətçi TEREF.İNFOYA yazır:
" Hörmətli redaksiya biz başa düşürük hər şey ola bilər, lakin bu hər şeyi "Bakçell" əvvəldən nəzərə alaraq bizim kimi yüzlərlə insanı xəbərdar etməməli idi? Yoxsa onlar elə bilirlər ki, bu camaat onlar üçün nəsə bir əşyadırlar? Mən nəyə görə hanısa şirkətin yalançı reklamına görə ziyana düşməli idim. Bu qədər insanları aşağılamaq olarmı? "28 MOLL"-un işçilərinə deyəndə ki, əvvəldən xəbərdar edəydiniz, onlar cavab verdilər ki, nə barədə xəbərdar etməli idilər? Filmin premyerası gedir. Biz filmi göstəririk. "Bakçell" sizi xəbərdar etməli idi, lakin o da özünə əziyyət verməyib. Görəsən bu fırıldaq "Bakcell"-ə baş ucalığı gətirdi?"
teref.az olaraq "Bakcell"-in belə fırıldaqlarından çox yazmışıq və təbii olaraq onların heç bir reksiyasının şahidi olmamışıq. Bu şirkət deyəsən Azərbaycanda xalqıln ancaq pulu ilə maraqlanır və birdə yalançı reklamlarla.
Qarşı tərəfində fikirlərinə yer ayırmağa hazırıq!
teref.az