“Palmali”dən Mübariz Mənsumovla bağlı AÇIQLAMA
16-03-2020, 20:13

"Palmali Şirkətlər Qrupu” Mübariz Mənsimovun saxlanılması ilə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkədə yaydığı məlumatda bunları bildirib:
"Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimovun uydurma ittihamlarla saxlanması ilə əlaqədar son günlər baş verən hadisələr hər birimizi məyus edir. Şirkətimizə bununla bağlı saysız-hesabsız dəstək xarakterli zənglər daxil olur, sosial şəbəkələrdə yazılar yazılır. Bütün bunlara görə hər birinizə dərindən minnətdarıq və insanların narahatlığını başa düşürük. Vurğulamaq istəyirik ki, Türkiyə Respublikası, hər şeydən əvvəl, hüquqi dövlətdir. Əminik ki, burada qanunlar işləyir və yalnız qanunlara tabe olmaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu səbəbdən ümid edirik ki, Mübariz Mənsimov ətrafında yaranmış son vəziyyət tezliklə qanun çərçivəsində öz həllini tapacaq”.
Qeyd edək ki, M.Mənsimov ötən gün səhər saxlanılıb. "Palmali”nin prezidentinin FETÖ işi çərçivəsində saxlanıldığı bildirilib.