Azərbaycanda məscidlərə giriş-çıxış qadağan olundu

18-03-2020, 00:00           
Azərbaycanda məscidlərə giriş-çıxış qadağan olundu
Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.

Report xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq, onun qarşısını almaq məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa və burada ibadətlərin icra olunmasına qadağa qoyulub.

Dindarlardan bu qərara əməl etmələri xahiş olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.