"Brent" markalı neftin qiyməti 29 dollardan aşağı düşüb 18-03-2020, 02:54 Martın 17-də dünya neft qiymətləri 3-4%-a qədər ucuzlaşıb.Trend-in məlumatına görə, "Brent" markalı neftin qiyməti 20 yanvar 2016-cı ildən bəri ilk dəfə bir barel üçün 29 dollardan aşağı düşdü."Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,76% azalaraq 28,92 dollar/barelə qədər enib. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 3,1% azalaraq 28,1 dollar/barelə qədər enib. Facebook-da paylaş