Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb - Bu maddələrlə ittiham olunur...

18-03-2020, 09:41           
Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb - Bu maddələrlə ittiham olunur...
Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb.

APA-nın məlumatına görə, Universitetin Pedaqoji fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham verilib.

A. Yusifovun barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.

Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov APA-ya bildirib ki, A. Yusifovun barəsində cinayət işi açılandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru