Bir gündə 427 nəfər koronavirusdan ölüb –İtaliyada dəhşətli vəziyyət yaranıb 20-03-2020, 01:30 İtaliyada son sutka ərzində 427 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.“TASS” xəbər verir ki, bunu İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellini deyib.Bildirilib ki, ümumilikdə ölkədə indiyədək 3 405 nəfər koronavirusun qurbanına çevrilib.Ölkədə sağalanların sayı 4 400 nəfərə çatsa da, hazırda 41 000 nəfər bu virusa yoluxub/Report. Facebook-da paylaş