ABŞ-ın 35 hərbçisi koronavirusa yoluxdu 21-03-2020, 04:41 ABŞ-ın Avropadakı hərbçilərinin 35-də koronavirusa yoluxma halı qeydə alınıb.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropa komandanlığının (EUCOM-u) rəhbəri general Tod Uolters bildirib."Bizim təxminən 72 min hərbçimiz (Avropada) mövcuddur. Hazırda təxminən koronavirusla (xəstəliklə) bağlı 35 məlumat var", - general brifinqdə deyib.O, hərbçilərin hansı ölkələrdə xəstələndiklərini dəqiqləşdirməyib.Daha əvvəl NATO koronavirus pandemiyasına görə Avropada son 25 ildəki ən böyük təliminin üzvlərini ixtisara salıb. Facebook-da paylaş