Bir sutkada 1061 nəfər... - ÜST

21-03-2020, 10:03           
Bir sutkada 1061 nəfər... - ÜST
Dünyada yeni növ koronavirusa (COVİD-19) ötən sutka ərzində 24 247 nəfər yoluxub, yoluxanların ümumi sayı 234 073 nəfərə çatıb.

Teleqaf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 1061 ölüm qeydə alınıb, ölənlərin ümumi sayı 9840 nəfərə çatıb.

Bildirilir ki, 104 591 yoluxma halı və 4899 ölüm halı Avropada qeydə alınıb. Çində hazırda koronavirus xəstələrinin sayı 81 300 nəfər, koronavirusdan ölənlərin sayı isə 3253 nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru