Nyu-Yorkda koronavirus:bir gündə 4,8 mindən çox insan yoluxdu

23-03-2020, 00:00           
Nyu-Yorkda koronavirus:bir gündə 4,8 mindən çox insan yoluxdu
ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alıb.

TASS xəbər verir ki, bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo deyib

O bildirib ki, yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib.

“Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib”, – Kuomo deyib. Onun sözlərinə görə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru