Uşaqlar belə bir şəraitdə peyvənd olunmalıdırlarmı? - ÜST rəsmisi cavabladı

2-05-2020, 00:03           
Uşaqlar belə bir şəraitdə peyvənd olunmalıdırlarmı? - ÜST rəsmisi cavabladı
"Səhiyyənin əsas işi uşaqların sağlam gələcəyidir. Biz onları yoluxucu, öldürücü xəstəliklərdən qorumalıyıq"
"Valideynlər koronavirusla mübarizə ilə yanaşı, uşaqlara peyvəndlərin vurulmasını da davam etdirməlidirlər. Xüsusən də bir neçə yoluxucu xəstəliyə görə peyvəndlərin edilməsinə xüsusilə diqqət yetirməlidirlər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı bu gün jurnalistlər üçün təşkil olunan onlayn mətbuat konfransında deyib.

O, valideynlərin məxmərək və bu kimi digər yoluxucu xəstəliklərə görə peyvəndlərin edilməsinə xüsusi diqqət etmələrinin vacibliyini vurğulayıb: "Səhiyyənin əsas işi uşaqların sağlam gələcəyidir. Biz onları yoluxucu, öldürücü xəstəliklərdən qorumalıyıq. Buna görə də uşaqlar vaxtında peyvənd edilməlidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru