Zakir Fərəcov və yeznəsi barədə ŞOK İDDİALAR: “MTN işi” hara qədər uzana bilər?
10-01-2016, 12:54
Üzun müddət Abşeron rayonuna rəhbərlik etmiş, hazırda isə Sumqayıt şəhərinin icra başçısı olan Zakir Fərəcovun MTN-in sabiq şefi, hazırda ev dustağı həyatı yaşayan Eldar Mahmudovun cinayətkar çetesi ilə “işğuzar” əlaqələrinin olması barədə məlumat vermişdik.
AzToday.az-a daxil olan məlumatlarla yanaşı başqa media qurumlarında Zakir Fərəcovla bağlı dərc olunan xəbərlərdən aydın olur ki, Zakir Fərəcovun Eldar Mahmudov və Akif Çovdarov cütlüyü ilə yüksək səviyyədə əlaqələri olub.
Bu münasibətlərin fonunda Abşeronun icra başçısı işlədiyi zaman Zakir Fərəcov Akif Çovdarova böyük torpaq sahələri hədiyyə etməklə bərabər Eldar Mahmudova da villa bağışlayıb. Bu münasibətlərin təzahürü olaraq Pirşağıda inşa edilmiş maraqlı bir iqamətgahı göstərmək olar. Mənbənin bildirdiyinə görə, Zakir Fərəcov bir neçə il bundan əvvəl Pirşağıda sabiq nazirə maraqlı layihəsi olan villa tikdirib. Onun sözlərinə görə, bu tikinti icra başçısına 4 milyon manata başa gəlib. Və həmin tikinti işlərini də Abşeron rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəhbərliyi və işçiləri həyata keçiriblər. Daha doğrusu, bütün vəsait onlardan alınıb. Əvəzində isə MTN rəhbərliyinin əli ilə bir çox qanunsuzluqlar edib.(ax.com)
Xüsusi ilə də Zakir Fərəcovun yeznəsi Pərvin Əsədovun Eldar Mahmudov tərəfindən MTN-də işə götürülməsi və onu böyük bir rayona (Qaradağ) idarə rəisi təyin etməsi çox mətləblərdən xəbər verir.
Redaksiyamıza daxil olan məlumatlar göstərir ki, Pərvin Əsədov da sahibkarların incidilməsində və onlardan “haqq” almasında fəal iştirak edənlərdən biri olub.
Ən maraqlısı isə budur ki, Eldar Mahmudov və dəstəsi MTN-dən uzaqlaşdırılsa da Pərvin Əsədov MTN-in bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətindən hələki uzaqlaşdırılmayıb. Görünür Zakir Fərəcov yeznəsini həbsdən qorumaqla yanaşı xüsusi xidmət orqanında işini davam etməsini də təmin edə bilib.
Eldar Mahmudovun Pərvin Əsədovun hansı keyfiyyətlərinə görə MTN-də işə götürməsi diqqət çəkən məqamdır. Belə ki, heç bir xüsusi keyfiyyətləri olmayan Pərvin Əsədov yalnız Zakir Fərəcovun yeznəsi olduğuna görə, MTN-də işə götürülüb. Zakir Fərəcovun bunun qarşılığını necə ödədiyi və bundan nə qazandığı barədə redaksiyamıza daxil məlumatlarda ciddi iddialar var. Bu iddialar təsdiqlənsə, onda Sumqayıtın icra başçısı və yeznəsinin yeri həbsdə olan Akif Çovdarovun qonşu kamerası olacaq.
İddialara münasibət öyrənmək üçün Zakir Fərəcovla əlaqə saxlamağa istədik. Onun Yalçın adlı köməkçisindən icra başçısından iddialara münasibət öyrənmək istəyimizi bildirdik. Lakin münasibət öyrənə bilmədik.
Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik…
Bütün bunlara baxmayaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
TEREF.İNFO