İnsanların halal, dövlət tərəfindən verilmiş reyestrdən çıxarışla olan torpaqları belə cürbəcür uydurmalarla özlərinə ikinci dəfə satılır, tikdirdikləri obyektlərə görə hər yeni gələn başçı sökəcəm adı ilə yenidən rüşvət alır.
Əgər əvvəlllər şikayətlərdən çəkinirdilərsə, indi heç nədən qorxmurlar. Artıq özləri göstərib deyir: ”Prokuror filan yerdə oturur, get şikayət elə”.
Vəkil Aslan İsmayılov Sabunçu rayon icra başçısı Adil Vəliyevi yenə fakt qarşısında qoyub. O, bu barədə "Facebook"da yeni video paylaşıb.
Budəfəki videoda icra başçısının maşın kolleksiyasından bəhs edilib. 1000 manat maaş alan icra başçısının milyon dollarlıq maşınları hansı pulla alması da ciddi sual doğurur.