MTN rəisinin oğlu akademiyadan qovuldu - TƏFƏRRÜAT

18-01-2016, 11:36           
MTN rəisinin oğlu akademiyadan qovuldu - TƏFƏRRÜAT
MTN işinə görə ləğv edilən qurumun İmişli rayon şöbəsinin rəisi Azər Səlimov da dindirməyə cəlb edilib.

teref.az-ya verilən məlumata görə, bundan əlavə, o, vəzifəsindən istifadə edərək İmişlidəki sahibkarları, vəzifəli və imkanlı şəxsləri dinləyirmiş. “Onlarda bir qüsur tapan kimi, onlara təzyiq və şantajla hədə-qorxu gələrək külli miqdarda pullarını alırmış”- deyə mənbə iddia edir. O, bunu MTN-nin rəhbərliyindəki yaxın adamlarına güvənərək edirmiş. Azər Səlimovun təzyiq və şantaj etdiyi adamlar arasında Azərbaycan Şəkər İstehsalat Birliyinin (İmişli Şəkər Zavodunun) rəhbəri Fərhad Tuğal da olub.
Məlumatda o da bildirilir ki, Azər Səlimovun MTN-in Heydər Əliyev adına Akademiyasının 4-cü kursunda oxuyan oğlu Səlim Səlimov ordan qovulub. Belə ki, aparılan araşdırma zamanı məlum olub ki, Azər Səlimov yığıdığı pullar hesabına oğlunu qeyri-qanuni yolla adıçəkilən akademiyaya qəbul etdirə bilib. Hazırda Azər Səlimovla bağlı aparılan araşdırma zamanı bu faktın üzə çıxdığı və oğlunun akademiyadan qovulduğu bildirilir.
Yazı ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tumar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.