MTN-nin intihar etmiş polkovnikinin qohumu icra başçısıdır?

21-01-2016, 00:36           
MTN-nin intihar etmiş polkovnikinin qohumu icra başçısıdır?
"5533"lə "3155" nömrələrinin oxşar seçimi də yaxın münasibətlərin təzahürüdür

Bu yazımızla heç də Azərbaycanda uzun illər boyunca mafiozlaşmış və ifşa olunaraq həbs olunan "MTN-nin cinayətkar şəbəkəsi" mövzusunu yenidən gündəmə gətirmək fikrinde deyilik. Sadəcə olaraq redaksiyamıza daxil olmuş və ictimaiyyət üçün aktual olacağını düşündüyümüz bir məsələ barədə danışmaq istərdik. Belə ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti Terror Mərkəzinin rəis müavini olmuş və AR CM-nin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasına göndərilmiş, elə saxlanıldığı təcridxanada intihar edərək vəfat edən, Aəzrbaycan milli dövlətçilik maraqlarına zidd fəaliyyəti iddia olunan, vəzifə səlahiyyətlərini aşmaqla sahibkarları, vətəndaşları günahsız yerə şantaj etməklə günahlandırılan İlqar Mustafa oğlu Əliyevin vəzifədə olan dostları və qohumlarının siyahısı verildi. Hələ heç bir KİV-də adları açıqlanmayan bu şəxslər barədə mütəmadi olaraq sizləri bilgiləndirəcəyik. İlk təqdim edəcəyimiz şəxs Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovdur. (Reportyor.tv) Əslən Göyçay rayonundan olan İsmayılovla İlqar Əliyevin çox yaxın münasibətləri və qohumluq əlaqələri olması barədə kifayət qədər faktlar vardır. Hətta mobil telefon nömrələrinin oxşar seçilməsi də İsmayılovun İlqar Əliyevə olan rəğbətini əks etdirir. Belə ki, mərhum polkovnikin digər yaxınlarının böyük əksəriyyəti onunla eyni və ya oxşar mobil nömrələrə malik olması sirr deyildir. Bir turizm sektorunda İlqar Əliyevin ən yaxın dostlarının və iş ortaqlarının da oxşar nömrələr işlətməsi və bu turizm firması vasitəsilə polkovnikin hansı vəzifəli dostlarının səyahət etməsi barədə növbəti yazılarımızda danışacağıq. Nazim İsmayılova hətta İlqar Əliyev vəfat edən zaman saytların birində verilmiş baş sağlığı elanı da bir daha dediklərimizi təsdiqləyən faktor olaraq qalmaqdadır. Bakı şəhərində mütəmadi olaraq hansı restoranlarda görüşmələri mövzusuna da növbəti yazılarda toxunacağıq. hər ilin "31 dekabr" tarixində telefon əlaqələri quran Nazim İsmayılovla İlqar Əliyevin (digər nömrələri də olub)danışıqları bunu təsdiq edə bilər. Maraq doğuran məsələ ondan ibarətdir ki,Nazim İsmayılov hansı səbəbdən "MTN işi"ni araşdıran istintaq qrupunun diqqətindən kənarda qalmasıdır?

Bəs görəsən Göyçay RİH-nin başçısı Mübariz Ağayevin necə, bu söhbətlərdə adı hallana bilərmi? Mingəçevirin icra başçısı işləyərkən Cənab Ağayev Göyçayda hansı dəfn mərasimində iştirak edib? Və həmin dəfn mərasimini lentə alan həvəskar çəkilişdə daha hansı məmurlar olub? PA-da işləyən daha hansı vəzifəli şəxslərlə mərhum Əliyevin yaxın dostluq münasibətləri olub?

(Davamı olacaq)
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.