"Söz vermişdin ki, ağlamayacaqsan, bax ağlama, özünə həyat qur, xoşbəxt yaşa..."

5-12-2020, 11:39           
"Söz vermişdin ki, ağlamayacaqsan, bax ağlama, özünə həyat qur, xoşbəxt yaşa..."
Əgər xatırlayırsınızsa, şəhid gizirimiz Şəhriyar İsa oğlu Əsgərovun valideynlərinə yazdığı ürəkdağalayan məktubunu sizlərə təqdim etmişdik. Bu dəfə isə şəhidin yaxınları Şəhriyar şəhid olandan sonra onun əşyaları arasından sevgilisinə yazdığı məktubu aşkar ediblər.

Moderator.az-a təqdim olunan məktubda şəhidimiz adını açıqlamadığı sevdiyi qıza xoşbəxtlik arzulayır və cənnətdə görüşmək arzusuyla ondan ayrıldığını yazır. Şəhid gizirimizin nakam sevgi məktubunu təqdim edirik:

“Bu məktub sənə gəlib çatanda ağlama, sənə söz vermişdim ki, gələcəm, amma məni bağışla. Bu sözləri mən başqa birinə yazdırmışam, çünki özüm göndərə bilməyəcəm. Səni incitdiyim üçün məni bağışla, duman gözlüm. Mənə söz vermişdin ki, ağlamayacaqsan, bax ağlama. Özünə həyat qur, xoşbəxt yaşa, bizim sevgimiz yarımçıq qaldı. Əsas odur ki, Vətən sağ olsun. Haqqını halal et. Əslində yazılası çox söz var idi, amma mənim vaxtım yoxdur. Səni çox istəyirəm, çox da sevirəm. Arzum var idi ki, səni anama gəlin edəcəm, amma qismət olmadı. Əlvida, sevdiyim. Qismət olsa, cənnətdə görüşərik. Mütləq məzarıma gələrsən. Səni çox sevən Şəhriyarın...”

Vasif Əlihüseyn
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.