Zəngəzur dəhlizi bu cür ola bilər — Şevçenko

7-12-2020, 16:37           
Zəngəzur dəhlizi bu cür ola bilər — Şevçenko
Zəngəzur dəhlizi bu cür ola bilər
Zəngəzur dəhlizi iki varianta inşa edilə bilər. O, ya sovet dövrünün Qərbi Almaniya ilə Qərbi Berlin arasındakı dəhliz kimi olacaq, tikanlı tellə qorunacaq, ya da normal sivilizasiyalı erməni dövləti bu layihənin minoritar səhmdarı (idarə edilmədə iştirak etmək üçün kifayət edəcək həcmdə səhm paketinə sahib olmayan iştirakçı – red.) olaraq çıxış edəcək.

Bunu tanınmış rusiyalı jurnalist Maksim Şevçenko deyib.

“İqtisadi cəhətdən bloklanmış Ermənistan üçün bu bir şansdır. Qarabağın Ermənistan tərəfindən işğal olunduğu dövrdə Ermənistan geosiyasi oyunun bir amilinə çevirilmişdi. Bəs bu gün Ermənistan nədir və kimə lazımdır? Azərbaycan o torpaqlar üzərində suverenitetini bərpa edəndən sonra Ermənistanın statusu dəyişib. İndi ermənilər işğalçılıq siyasətini deyil, Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətləri qurmaq haqqında düşünməlidirlər”, — o bildirib. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru