Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm?

7-12-2020, 22:12           
Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm?
Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Birinci Qarabağ müharibəsinin iştirakçısı, "Ermənistanın Milli Qvardiyası" ictimai təşkilatının rəhbəri, rejissor Arşak Zakaryan aciz duruma düşüb.

Arşak Zakaryan keçirdiyi mətbuat konfrasında bir vaxtlar babası kimi özünün də qorxub qaçdığını etiraf edib:

"Uşaqlıqda mən babamla Aniyə (Ermənilərin iddiasında olduqları Türkiyə ərazisi - red.) baxmağa gedərdik. O, mənə deyirdi ki, "böyüyəcəksən, Anini geri alacaqsan". Mən də onu qınayırdım ki, niyə Anidən qaçmısan? Qorxuram ki, mən də nəvəmə Qarabağı göstərəndə və uşaqlığımın bu ərazilərdə keçdiyini danışanda o da eyni şeyi mənə deyəcək".

Qeyd edək ki, Arşak Zakaryanın Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərdə müəyyən biznesi olub. Arşak Zakaryan aprel döyüşləri zamanı video çəkərək Azərbaycanı hədələyərək bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gəlib çıxacağını bildirmişdi. / BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru