Erməni keşiş Paşinyana görə dua mərasimində xidmətdən imtina etdi

8-12-2020, 00:53           
Erməni keşiş Paşinyana görə dua mərasimində xidmətdən imtina etdi
Erməni apostol kilsəsinin Şirak yeparxiyasının baş keşişi Mikael Ajapahyan ölkənin baş naziri Nikol Paşinyanın iştirak etdiyi dua mərasimində xidmətdən imtina edib. Bu barədə “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir.

"Onun (Paşinyan-red) iştirakı mənim üçün arzuolunmazdır, xoşagəlməzdir, buna görə də onun iştirakı səbəbindən dua mərasiminə xidmət etmədim. Bu, hər ruhaninin hüququdur. Ruhanilərin nümayəndəsi hardasa arzu etmədiyi şəxsə görə xidmət etməyə məcbur deyil", - baş keşiş bildirib.

O, anım mərasiminin yenə də baş tutduğunu, mərasimdə "baş nazirin iştirakını bəyənməyən" bir keşiş tərəfindən xidmət edildiyini əlavə edib.

Nikol Paşinyan 1988-ci ilin 7 dekabrında baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü ilə əlaqədar bu gün Gümrünün təbii fəlakətdən zərər çəkmiş şəhərlərinə gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru