ÜST-dən koronavirus əleyhinə peyvəndlə bağlı AÇIQLAMA

8-12-2020, 09:22           
ÜST-dən koronavirus əleyhinə peyvəndlə bağlı AÇIQLAMA
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı vaksinasiyanın məcburi olduğunu hesab etmir”.

TASS-ın məlumatına görə, bu sözləri ÜST rəsmisi Keyt Obrayn deyib.

"Düşünmürəm ki, məcburi vaksinləmə yolu ilə getməliyik", - o deyib.

Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 67 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 46 milyon insan sağalıb, eyni zamanda 1,5 milyondan çox pasiyent təhlükəli infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru