Laçında sakinlərin siyahıya alınmasına başlanılıb

8-12-2020, 21:26           
Laçında sakinlərin siyahıya alınmasına başlanılıb
Laçın Rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır: "Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır".

İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru