Moskvada koronavirusdan daha 75 nəfər ölüb 9-12-2020, 04:40 Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 75 nəfər ölüb.Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib".Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 9 571 nəfərə çatıb. Facebook-da paylaş