Virusa qarşı peyvəndlənmədən sonra alkoqol qəbul etmək olarmı?

9-12-2020, 11:23           
Virusa qarşı peyvəndlənmədən sonra alkoqol qəbul etmək olarmı?
“Koronavirusa qarşı peyvənd zamanı alkoqolun tamamilə qadağan olunmasından söhbət getmir”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq peyvənd vurulurkan alqokollu içki qəbuluna icazə verilib-verilməməsi məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, bədənin koronavirus infeksiyasına qarşı öz immun sistemini formalaşdırmaq ilk şərtdir:

“Buna baxmayaraq, hər ineksiyadan sonra üç gün ərzində alkoqoldan imtina etməyi şiddətlə tövsiyə edirik".

Bundan əvvəl Qamaleya mərkəzinin rəhbəri Baş nazir müavini Tatyana Qolikovanın koronavirus əleyhinə peyvənd zamanı 42 gün alkoqol qəbul edilməməsi barədə dediklərini şərh etmişdi. Alimin fikrincə, bir stəkan şampan içə bilərsiniz, ancaq bir stəkan araq içməməlisiniz.

Qeyd edək ki, Rusiya Səhiyyə naziri Mixail Muraşkonun bildirdiyinə görə, dekabrın 10-dan sonra ölkənin bütün bölgələrində koronavirusa qarşı mübarizədə “Sputnik V” peyvəndlənməsinə başlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.