Koronavirusla bağlı vaksin ilk olaraq kimlərə vurulacaq? - Nazirlikdən AÇIQLAMA

10-12-2020, 10:01           
Koronavirusla bağlı vaksin ilk olaraq kimlərə vurulacaq? - Nazirlikdən AÇIQLAMA
"Kollektiv immunitetin formalaşdırılmasının ən effektiv yolu vaksinlərin tətbiqidir. Vaksinasiya ilk olaraq xəstəliyin yayılmasının qarşısını alır. İnsanlar vaksinasiya olunubsa, özləri yoluxduqda qısa müddətdə orqanizm virusa qalib gəlir və yayılmasına imkan vermir. Vaksindən istifadə həmçinin ölümlərin sayını azaldır. Xüsusilə yaşları çox olan və xroniki xəstələrdə bu daha çox özünü göstərir".

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

Onun sözlərinə görə, vaksinasiya ilk növbədə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı, şəkərli diabeti, ağ ciyər xəstəlikləri, immuniteti digər xəstəliklərə görə zəyif, ankoloji xəstəlikləri olan vətəndaşlara təklif ediləcək:

"Eyni zamanda müəllimlərin vaksinasiyası da mühümdür. Çünki təhsilimizin təmin edilməsi, xüsusilə də bağçaya, məktəbə qədər və məktəbə gedən uşaqların təhsilə cəlb edilməsi çox önəmlidir. Təhsil millətin gələcəyidir. Ona görə, bu kateqoriyadan olan insanların ilk növbədə vaksinasiyası vacibdir.

Azərbaycanın hansı vaksinə üstünlük verəcəyindən asılı olaraq (ÜST-ün təsdiqlədiyi və qəbul etdiyi) 10 milyonluq əhalisi olan ölkəmizin vətəndaşlarının vaksinasiyası bir neçə aya baş verəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru