Ermənilərdən həyasızlıq: - Dağlıq Qarabağda yeni hökumət qurmaq istəyirlər

10-12-2020, 17:20           
Ermənilərdən həyasızlıq: -
Qarabağdakı separatçılar yeni hökumət qurmağa hazırlaşır. Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, "Milli Dirçəliş" partiyasının sədri Ayk Xanumyan təzyiqlərə sinə gərmək üçün Qarabağda yeni hökumətin qurulmasının vacibliyindən danışıb.

Bundan əvvəl məlumat yayılmışdı ki, Ayk Xanumyana vəzifə verilib. Lakin partiya sədri deyib ki, məlumat təhrif olunub. Onun sözlərinə görə, əslində siyasi qüvvələrlə yeni hökumətin qurulması istiqamətində danışıqlar aparılır. “Araik Arutyunyanın da iştirak etdiyi danışıqlar bitdikdən sonra hansı siyası qüvvənin bu məsuliyyəti üzərinə götürəcəyi bəlli olacaq. Danışıqlarda Araik Arutyunyan da iştirak edir. Yeni hökumət qurulacağı təqdirdə biz məsuliyyəti öz üzərimizə götürməyə hazırırq”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, yeni hakimiyyət formalaşması prosesində Araik Arutyunyanın istefası zərurət deyil. “DQR”in “konstitusiyası”na görə “prezident” seçildiyi vaxtdan 1 il sonra istefa verə bilər. Bu halda Araik Arutyunyanın 2021-ci ilin mayına qədər vaxtı var.

Xanumyan deyib ki, Araik Arutyunyan istefa verəcəyi təqdirdə isə “parlament” də buraxılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru